Niderlandın Haaqa şəhərində yaşayış binasında partlayış baş verib. Axar.az RTL-ə istinadən xəbər verir ki, partlayış zamanı 3 mənzilə ciddi zərər dəyib, bir neçə evin fasadı uçub. Dağıntılar altında insanların qaldığı ehtimal olunur. İlkin məlumata görə, partlayışa səbəb qaz sızması olub.
Hadisə yerinə xilasedicilər və təcili yardım işçiləri cəlb edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB