Motosikl yük avtomobilinə çırpılıb: 3 məktəbli qız ölüb

Motosikl yük avtomobilinə çırpılıb: 3 məktəbli qız ölüb

Taylandın Nakhon Pathom vilayətində motosiklin yük avtomobili ilə toqquşması nəticəsində 3 məktəbli qız həyatını itirib. SİA-nın məlumatına görə, 12 yaşlı qızların üçü də bir motosikllə hərəkət edirdi. Qəzaya səbəb motosiklin qarşı yola çıxması olub. Qeyd edək ki, Taylandın qanunlarına görə, motosikli idarəetmə hüququ 15 yaşdan başlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə