Kolumbiyada yeraltı təkanlar baş verib

Kolumbiyada yeraltı təkanlar baş verib

Kolumbiyanın 2000-ci illərin ortalarında aktivləşən ən yüksək Nevado del Uila vulkanı ərazisində 5,4 maqnitudayadək silsilə yeraltı təkanlar baş verib. RİA "Novosti" xəbər verir ki, bu barədə ölkənin seysmoloji xidməti məlumat yayıb.

Zəlzələ yerin 30 km dərinliyində qeydə alınıb. Yeraltı təkanlar ətraf şəhərlərlə yanaşı, paytaxt Boqotada da hiss olunub. Daha əvvəl İndoneziya sahillərində 6,1 maqnituda gücündə zəlzələ olub.

Bütün xəbərlər Facebook səhifəmizdə