Braziliyanın cənub-şərqində yerləşən Minas-Jerays ştatının hökuməti su bəndinin dağılması səbəbindən üç günlük matəm elan edib. SİA “Globo” qəzetinə istinadla xəbər verir ki, faciə nəticəsində həlak olanların sayı 9 nəfərə çatıb, 300-350 nəfər isə itkin düşmüş sayılır. Qəza zamanı hadisənin baş verdiyi ərazidə 427 nəfər olub. Onlardan 279-nun sağ qaldığı bildirilir. Yerli KİV-lər Brumadinyo bələdiyyəsinin merinə istinadla insident nəticəsində azı 50 nəfərin həlak olduğunu yazırlar.
Xatırladaq ki, yanvarın 25-də səhər saatlarında Brumadinyo bələdiyyəsi rayonunda su anbarının bəndi dağılıb. Nəticədə palçıq kütləsi kompaniyanın administrativ binasını və sakinlərin evlərini basıb. Bununla yanaşı, qəza xəbərdarlığı sistemlərinin də işləmədiyi məlum olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB