ABŞ-da işçi heyət çatışmır, aviareyslər müvəqqəti dayandırılıb

ABŞ-da işçi heyət çatışmır, aviareyslər müvəqqəti dayandırılıb

ABŞ-da artıq 35 gün davam edən hökumət şatdaunu nəticəsində ölkənin bəzi aeroportlarında aviareyslərin çoxu ləngiyib. Xəbər verir ki, ABŞ Dövlət Aviasiya İdarəsi (FAA) işçi heyətin çatışmaması üzündən yanvarın 25-də aviareysləri müvəqqəti dayandırıb. Ləngiyən reyslərin sayı sürətlə artır. 200-dən çox reys qrafikdən çıxıb. Pittsburq, Noksvill, Klivlend, Fort-Mayers və Çikaqodan gələn reyslər üç saat və daha çox ləngiyib.

“Newark Libertу International” və “Philadelphia International” aeroportlarında da reyslərin ləngiməsi müşahidə olunur. ABŞ Dövlət Aviasiya İdarəsinin nümayəndələri bildiriblər ki, zəruri hallarda ştat cədvəlinə düzəlişlər edilməsi, təyyarələr arasında məsafənin artırılması və marşrutun dəyişdirilməsi yolu ilə vəziyyəti yumşaltmağa çalışacaqlar. “Newark Libertу International” beynəlxalq aeroportunda ləngimələr 45-59 dəqiqə, “Philadelphia International” aeroportunda isə 1saat 1 dəqiqədən 1 saat 15 dəqiqəyə qədər davam edib. ABŞ Nəqliyyatın Təhlükəsizliyi İdarəsi isə bildirib ki, sərnişinlərin 99,9 faizi nəzarət-buraxılış məntəqələrində ən çoxu 30 dəqiqə ləngiyib.

Amerika aeroportlarında ləngimələr barədə Prezident Tramp da məlumatlandırılıb. ABŞ KİV-lərinin yazdığına görə, Tramp bu məlumatı aldıqdan sonra hökumətin müvəqqəti işə başlaması barədə razılıq əldə etmək üçün ABŞ Konqresində demokratların liderləri ilə təcili görüş keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə