Braziliyada bənd uçub, 200 nəfər itkin düşüb

Braziliyada bənd uçub, 200 nəfər itkin düşüb

Braziliyada bəndin uçması nəticəsində yüzlərlə insan itkin düşüb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Globo" telekanalı məlumat yayıb.

Xəbərdə qeyd edilir ki, hadisə ölkənin cənub-şərqində, Minas-Jeraysştatında baş verib. Xilasetmə işləri ilə məşğul olan yanğından mühafizə xidmətinin regional bölməsinin verdiyi məlumata görə, metallurgiya sənayesi tullantılarının olduğu suyu saxlayan bəndin uçması nəticəsində 200 nəfər itkin düşüb.

Bəndin aid olduğu "Vale" dağ-mədən şirkətindən bildirilib ki, uçma zamanı onun əməkdaşları hadisə yerində işləyirmiş. Onların da taleyi hələ məlum deyil. Daha əvvəl Braziliyada polis helikopteri suya endirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə