Ukraynanın milli borcu il ərzində 2 milyard dollar artıb

Ukraynanın milli borcu il ərzində 2 milyard dollar artıb

Dekabrda Ukraynanın dövlət borcunun ümumi həcmi 4,8 faiz və ya 3,56 milyard dollar artıb. SİA RT-ə istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

2018-ci ilin yekunlarına əsasən borcun miqdarı 2,6 faiz və ya 2,02 milyard dollar artıb.

Nazirliyin məlumatına görə, ilin sonunda dövlət borcunun həcmi əvvəlki ayla müqayisədə (74,76) 78,32 milyard dollar təşkil edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə