Əfqanıstanda 16 dinc sakin öldü

Əfqanıstanın cənubundakı Helmand əyalətində hökumət qüvvələrinin hava hücumu nəticəsində azı 16 dinc sakin həlak olub. SİA "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə TOLOnews məlumat yayıb.

Ölkənin Müdafiə Nazirliyi bildirir ki, ölən şəxslər Sangin rayonunda yaşayan eyni ailənin üzvləri olub. Qurbanlar arasında qadınlar və uşaqlar var.

Nazirlik bildirib ki, üç gün ərzində rayonda genişmiqyaslı anti-terror hərbi əməliyyatı keçirilib.

Hadisə ilə bağlı istintaq başlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə