Partlayış qurbanlarının sayı 107-yə çatıb

Partlayış qurbanlarının sayı 107-yə çatıb

Meksikanın Pemex dövlət şirkətinin boru kəmərində baş vermiş partlayış və yanğın nəticəsində ölənlərin sayı 107-yə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, xəstəxanada 40 yaralı qalmaqdadır. Ağır yanıq xəsarəti alan yaralıların həyatı təhlükəsi qalmaqdadır.

Məlumata görə, faciə dövlət səviyyəsində araşdırlması davam edir, faciə qurbanların ailələrinə cənazə üçün maliyyə yardımı ayrılacaq.

Partlayışın istintaqı faciə üçün məsuliyyət daşıyanlar müəyyənləşdirilənə qədər davam edəcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə