"Maduro demokratik seçkilər yolu ilə hakimiyyətə gəlmiş liderdir." Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan maltalı həmkarı Maria Luis Kolero Presa ilə görüşündən sonra keçirilən media konfrasında çıxışı zamanı deyib.
“Maduro inandığı yolda dik durub, davam edərsə, Venesuela xalqının onun arxasında duracağına inanıram. Milli iradəyə zidd bəzi yollara baş vurulmasını doğru hesab etmirəm. Maduro demokratik seçkilər yolu ilə lider seçilib. Cənab Trampın belə bir açıqlaması demokratiyaya inanan insan kimi məni həqiqətən də şok etdi”, - deyə türk lider bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB