ABŞ-dan Ermənistan şirkətinə sanksiya!

ABŞ-dan Ermənistan şirkətinə sanksiya!

ABŞ İrana qarşı sanksiyalar siyahısını növbəti dəfə genişləndirib. Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumatında deyilir. Qara siyahıya İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqələrinə görə “Qeşm Fars Air” hava yolları şirkəti və ona məxsus “Boyinq 747” tipli iki təyyarə salınıb.

Bundan əlavə, İranın “Mahan Air” hava yolları şirkəti ilə əməkdaşlığından dolayı Ermənistanın “Flayt Trevl” şirkəti “ikinci dərəcəli” sanksiyaya məruz qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə