Avstraliya "qovrulur" 50 dərəcədə

Avstraliya "qovrulur" 50 dərəcədə

Cənubi Avstraliya ştatında hava hərarəti rekord həddə çatıb. SİA xəbər verir ki, Avstraliyanın ABC telekanalı termometr göstəricilərinin 50 dərəcə selsiyə çatdığını bildirib.

Seduna şəhərində isə iki gün ard-arda havanın hərarəti 48,6 dərəcədə qalıb.

Adeliada ştatında isə, hava hərarəti bu gün 46,6 dərəcəni göstərib.

Bildirilir ki, daha öncəki rekord Melbrunun Viktoriya ştatında qeydə alınıb. Belə ki, 2009-cu ildə hərarət ölkən cihazın şkalası 46, 4 dərəcəni göstərib.

Artıq ölkənin enerji şəbəkəsi ölkədə elektrik enerjisinin verilişində problemlərin yaşanacağı barədə xəbərdarlıq edib. Belə ki, buna səbəb Cənubi Avstraliya və Viktoriya ştatlarında kondisionerlərin gecə-gündüz və aktiv şəkildə işlədilməsi göstərilir.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə