Keçmiş prezident vətənə xəyanətdə təqsirli bilindi

Keçmiş prezident vətənə xəyanətdə təqsirli bilindi

Kiyev şəhər məhkəməsi sabiq Ukrayna prezidenti Viktor Yanukoviçi vətənə xəyanət maddəsi ilə təqsirli bilib. SİA Ukrayna KİV-nə istinadən xəbər verir ki, məhkəmə istintaqın təqdim etdiyi sübutları inandırıcı adlandırıb.

“Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətlərdə rolu tam sübut olunub”-deyə məhkəmə hökumdə deyilir.

Xatırladaq ki, Viktor Yanukoviç 2014-cü ilin fevralında xalq etirazları fonunda postunu tərk edərək Rusiyaya qaçmışdı.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə