Vaşinqtonun Venesuela parlamentinin sədri Xuan Qaidonu ölkənin "müvəqqəti prezidenti" kimi tanımasından sonra Venesuela prezidenti Nikolas Maduro ABŞ-la bütün münasibətləri pozduğunu elan edib.
"Venesuela ABŞ ilə siyasi və diplomatik əlaqələri pozur", - Maduro Prezident sarayında toplanan tərəfdarlara səslənərkən deyib. SİA "Anadolu"ya istinadən xəbər verir ki, Maduro bildirib ki, ABŞ Venesuelanın qanuni hökumətini devirməyə cəhd edib.
Nikolas Maduro bütün Amerikalı diplomatları Venesuelanı tərk etmək üçün 72 saat verdiyini əlavə edib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB