Venesuelada 218 etirazçı həbs olundu

Venesuelada 218 etirazçı həbs olundu

Venesuelada keçirilən etirazlar zamanı həbs olunanların sayı 218 nəfər çatıb. SİA-nın xəbərinə görə, bu barədə Foro Penal insan hüquqları təşkilatı "Twitter"də qeyd edib.

Təşkilatın məlumatına görə, yanvarın 21-də 9, yanvarın 22-də 34, yanvarın 23-də 175 nəfər həbs olunub.

Venesuela Parlamentinin spikeri Juan Qaido çərşənbə günü müvəqqəti dövlət başçısı elan edib.

ABŞ Qaidonu müvəqqəti dövlət başçısı kimi tanıyıb və Venesuela prezidenti Nikolas Madurodan müxalifətə qarşı zorakılıq hərəkətlərinə icazə verməməsini tələb edib.

Maduro özünü konstitusiya prezidenti elan edib və müxalifət parlamentinin başçısını "Amerika Birləşmiş Ştatlarının kuklası" adllandırıb.

Məlumat üçün nəzərinizə çatdıraq ki, çərşənbə günü Venesuelada anti-hökumət yürüşləri və prezident Nikolas Maduro tərəfdarlarının nümayişləri təşkil edilib. La Prensa de Lara, Portuqaliya, Barinas, Tachira, Karakas, Amazon, Bolivar əyalətlərində qarşıdurmalarda 16 adamın öldüyü bildirilir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə