"Donuz qripi"ndən ölənlərin sayı 21 nəfərə çatıb

"Donuz qripi"ndən ölənlərin sayı 21 nəfərə çatıb

Gürcüstanda daha iki nəfər H1N1 "donuz qripi" virusundan ölüb, beləliklə bu xəstəlikdən ölənlərin sayı 21 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Batumidə 48 yaşlı qadın bu virusa yoluxma nəticəsində həyatını itirib.

Gürcüstan mətbuatı 21 yanvar tarixinə qədər ölkədə bu xəstəlikdən 19 nəfərin öldüyünü yazırdı.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə