Seçicilər Trampı yenidən prezident görmək istəmirlər SORĞU

Seçicilər Trampı yenidən prezident görmək istəmirlər SORĞU

Amerikalı seçicilərin əksəriyyəti Donald Trampı yenidən dövlət başçısı kimi görmək istəmir, onlar ABŞ Demokratik Partiyasından olan namizəd üçün səs verməyə hazırdırlar. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu nəticə Harvard Universitetinin Amerika Siyasəti Araşdırmaları Mərkəzi ilə Harris Insights & Analytics şirkəti ilə birgə aparılan sorğuda öz əksini tapıb.

Sorğuya əsasən, iştirakçıların 36 faizi 2020-ci ildə keçiriləcək seçkilərdə Trampı dəstəkləyəcəklərini açıqlayıb. Respondentlərin 43%-i isə Demokrat namizəd üçün səs vermək niyyətində olduğunu açıqlayıblar.

Göründüyü kimi ABŞ-da büdcə böhranı və digər məsələlər prezidentin reytinqinə o qədər də təsir etməyib.

Trampun fəaliyyəti, əvvəlki kimi, 45% insan tərəfindən dəstəklənir, respondentlərin 55% -i isə razılaşmır.

Lakin aparılan sorğuya əsasən, amerikalıların yalnız 29% -i prezidentin şəxsi keyfiyyətlərindən razıdır, onlardan 58% -i isə əksini deyir.

Sosioloqların sözlərinə görə, dəstəkləyənlərin faizi yüksək olmasa da Tramp heç bir rəqibə malik deyil. Sorğuda iştirak edənlərin 1,5 mindən çoxu amerikalı seçici olub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə