Ermənistanda bir ailənin bütün üzvləri - ata, ana və 3 övladı donuz qrpinə yoluxub. Report-un məlumatına görə, ailə üzvləri “Nairi” Tibbi Mərkəzinə yerləşdiriliblər. Mərkəzin direktoru Anatoli Qnuni isə bildirib ki, hazırda “Nairi”də “H1N1” virusuna yoluxan bir nəfər var. Erməni mediasına hadisə ilə bağlı başqa “Arabkir” adlı Tibbi Mərkəzindən də məlumat verməyiblər.
Məlumata əsasən, son günlər Ermənistanda A/H1N1 virusu geniş yayılıb. Ölkədə bu xəstəlikdən 3 nəfər ölüb. Bununla belə Ermənistanın Səhiyyə Nazirliyi əminliklə xəstəliyin miqyasının azaldığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB