İsrail Aralıq dənizində raket sınağı keçirib

İsrail Aralıq dənizində raket sınağı keçirib

İsrail Aralıq dənizində raketdən müdafiə sistemini sınaqdan keçirib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatına deyilib. Açıqlamaya görə, bu gün 07:35-də Rusiya Hərbi-Hava Aerokosmik Qüvvələri Aralıq dənizi üzərində bir raket buraxılışını qeydə alıb.

İsrail hökuməti də atmosfer xaricindəki ballistik raketlərə qarşı “Arrou 3” adlı raketdən müdafiə sisteminin uğurla sınaqdan keçirildiyini bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə