Almaniyada toyuq yumurtalarında dioksin maddəsi aşkarlanıb. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, araşdırmalar nəticəsində təhlükəli maddənin toyuq yemində olduğu müəyyən edilib. Ölkə ərazisində fəaliyyət göstərən bəzi donuzçuluq fermaları da həmin yemdən istifadə edib. Yaranmış vəziyyətlə əlaqədar ölkədə toyuq əti və toyuq yumurtası, həmçinin onlardan hazırlanan qida və qeyri-qida məhsulları satışdan yığışdırılır. Həmçinin, zəhərli yemdən istifadə edən toyuq və donuzçuluq fermaları bağlanır, quşlar və heyvanlar məhv edilir.
Son məlumata əsasən, tərkibində dioksin maddəsi olan Almaniya məhsulları İngiltərədə aşkarlanıb. Yaranmış vəziyyətlə əlaqədar İngiltərədə müvafiq işlər görülür. Qeyd edək ki, dioksin maddəsi canlıların immun sistemini sıradan çıxarır. Bu səbəbdən həmin maddəyə "kimyəvi QİÇS" deyilir. İnsan orqanizminə düşdükdə o, həm də xərçəng xəstəliyinin yaranmasına səbəb olur. Ana bətnində olarkən daha sonra ana südü ilə körpənin orqanizminə düşən dioksin maddəsi həmin şəxslərin cinsi inkişafını zəiflədir və sonsuzluqla nəticələnir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB