Səudiyyə Ərəbistanında aviaqəza baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölkənin Hərbi Hava Qüvvələrinə məxsus vertolyot paytaxt Ər-Riyad şəhəri yaxınlığında naməlum səbəbdən yerə çırpılıb. Qəza nəticəsində vertolyotda olan 4 nəfər ölüb. Araşdırma aparılır.
Bu gün isə Venesuelada aviaqəza baş verib. "Partenavia PN68" markalı yüngülmühərrikli təyyarə Marqarita adasından havaya qalxdıqdan bir qədər sonra yerə çırpılıb. Hadisə zamanı hava gəmisinin göyərtəsində olan 5 nəfərdən 4-ü ölüb, 1 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Təyyarənin paytaxt Karakas şəhərindən 30 km cənub-şərqdə yerləşən hava limanı istiqamətində hərəkət etdiyi bildirilir. Hadisə ilə bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB