Qazaxıstanın şimal-şərqində yerləşən Semey şəhərinin mərkəzi istilik sistemində qəza baş verib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, nəticədə Semey şəhərində və yaxınlıqda yerləşən bir neçə qəsəbədə yaşayış evlərində temperatur müsbət 10 dərəcəyə enib.
Qeyd edək ki, hazırda Qazaxıstanın şimal-şərq hissəsində hava temperaturunun mənfi 33 dərəcə təşkil etdiyi bildirilir. Verilən məlumata əsasən hadisə yerində müvafiq işlər görülür. İlkin ehtimala görə, qəzaya istilik sisteminin köhnəlməsi səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB