“Sarı jiletlər”in etiraz aksiyası: 12 ölü, 100-ü ağır olmaqla, 2000 yaralı
“Sarı jiletlər”in etiraz aksiyasının 10-cu həftəsində meydan və küçələrə 84 min aksiyaçı çıxıb
“Sarı jiletlər”in etiraz aksiyasının 10-cu həftəsində meydan və küçələrə 84 min aksiyaçı çıxıb. Bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb. SİA xəbər verir ki, Parisdəki aksiyalarda 7 min nəfər iştirak edib. “Les İnvalides” hərbi muzeyi qarşısında toplaşan aksiyaçılar İtaliya meydanına doğru irəliləyiblər.
Tuluz şəhərində 10 min aksiyaçı küçələrə çıxıb. Əyalətlərdə aksiyaçıların sayının artdığı bildirilir.
Bugünkü aksiya zamanı polis gözyaşardıcı qazdan və su şırnağından istifadə edib. Ölkədə polisin rezin güllələrdən düzgün istifadə etmədiyi, belə güllələrdən istifadə ilə bağlı təlim keçmədiyi bildirilir, nümayişçilərə qarşı hədsiz aqressiv olduğu qeyd edilir. Polisin LBD silahlardan sui-istifadə etdiyi vurğulanır.
Qeyd edək ki, etiraz aksiyası başlayandan bəri 12 aksiyaçı ölüb, 100-ü ağır olmaqla, 2 minə yaxın nümayişçi yaralanıb. Yaralılar arasında əlil olanlar da var.
















Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB