Quantanamo həbsxanasından daha bir məhbus azadlığa buraxılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ Müdafiə Nazirliyinin Kuba adasındakı həbsxanasından əlcəzairli Səid Ferhinin sərbəst buraxılması ilə buradakı məhbusların sayı 173 olub. S.Fehrinin azadlığa buraxılması ilə bağlı hökmü 2009-cu ilin noyabrında ABŞ-ın federal məhkəmələrindən biri verib.
Qeyd edək ki, prezident Barak Obama 2010-ci il yanvarın 22-dək bu həbsxananın bağlanması ilə bağlı göstəriş verib. O, bir müddət əvvəl Fox News kanalına müsahibəsində deyib ki, məsələlər gözləndiyi kimi tez həll olunmur. Prezident həbsxananın bağlanması ilə bağlı dəqiq tarix göstərsə də, bu baş tutmaya bilər. Birləşmiş Ştatların ədliyyə naziri Erik Holder hesab edir ki, Quantanamo bazasındakı həbsxananı nəzərdə tutulduğu vaxtda bağlamaq çətin olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB