Liviyada silahlı qarşıdurma - 13 ölü

Liviyada silahlı qarşıdurma - 13 ölü

Liviyanın paytaxtı Tripolidə silahlı qarşıdurma nəticəsində 13 nəfər ölüb, 52 nəfər yaralanıb. SİA-nın xəbərinə görə, bu barədə Liviyanın Səhiyyə Nazirliyi açıqlayıb.

“Qarşıdurma zamanı ölənlərin sayı 13 nəfər çatıb, 52 nəfər isə yaralanıb. Onlar arasında qadınlar və uşaqlar var”, - deyə nazirliyin yaydığı açıqlamada deyilir.

Bəyanata əsasən, nazirlik bütün tərəfləri beynəlxalq humanitar qanunvericiliyini pozmamaq və öz vəzifələrini yerinə yetirərkən təcili yardıma müdaxilə etməməyə çağırıb.

Qeyd edək ki, həftənin çərşənbə günü Tripolidə silahlı qarşıdurma başlayıb.

Məlumat üçün nəzərinizə çatdıraq ki, Liviyada siyasi böhran 2011-ci ildə Qəddafinin öldürülməsindən sonra başlayıb. Hazırda ölkədə ikihakimiyyətlilik hökm sürür.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə