Əfqanıstanın paytaxtı Kabildə törədilən terror aktı nəticəsində 90 nəfər yaralanıb, onlardan 23-ü uşaqdır. RİA Novosti agentliyi xəbər verir ki, bu barədə Tolo News telekanalı Əfqanıstan Daxili İşlər Nazirliyinin nümayəndəsinə istinadla məlumat yayıb. Nazirlik nümayəndəsinin bundan əvvəlki açıqlamasında terror aktı zamanı 4 nəfərin öldüyü və 44 nəfərin xəsarət aldığı bildirilirdi.
Bu gün axşam saatlarında Kabildə Green Village kompleksi rayonunda partlayıcı yüklənmiş avtomobil partladılıb. Yerli KİV-lər qeyd edirlər ki, paytaxt aeroportunun bilavasitə yaxınlığında yerləşən və xüsusi mühafizə edilən kompleks əsasən əcnəbilər üçün fəaliyyət göstərir. Əfqanıstan DİN partlayışı terror aktı kimi dəyərləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB