Çində şaxtada ölənlərin sayı 21-ə çatdı

Çində şaxtada ölənlərin sayı 21-ə çatdı

Çinin şimal-qərbində Şensi əyalətində kömür mədənində dağıntılarda 21 nəfər ölüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə yerli vaxtla saat 16:30-da baş verib.

Qəza anında yer altında 87 nəfər çalışıb, 19 nəfər həlak olub, 66 nəfər isə təxliyyə edilib. Daha iki nəfərin axtarışları davam etdirilsə də onların həyatını xilas etmək mümkün olmayıb.

Beləliklə, ölənlərin sayı 21-ə çatıb. Dağıntıların yaranma səbəbi məlum deyil, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə