Avstraliyanın “Queensland” əyalətində, keçən həftənin sonlarında, 13 min şəxsin meduzaların hücumuna məruz qaldığı və hazırda, ən az, 2600 zərərçəkmişin müalicə aldığı açıqlanıb. “Portuqaliyalı əsgərlər” deyə məşhurlaşmış, ölçüləri təxminən 15 sm-ə qədər olan bu meduzaların şiddətli küləyin təsiri ilə sahilləri “istila etdiyi” və nəticədə, iki çimərliyin bağlanması haqqında məlumat yayılıb.
Mavi-bənövşəyi rəngli bu meduzalar, növlərinin ən təhlükəli nümayəndələri kimi tanınırlar.
“Həm dənizdə, həm də qumluqda sancırlar”
“Bluebottle” adlanan meduzalar dənizin sahilindəki qumluq ərazilərdə belə sanca bilirlər.
Ümumən ölümcül olmamasına rəğmən, meduza sancmasının çox güclü ağrı ilə müşayiət olunduğu bildirilir.
Avstraliyada hər yay, sahillərdəki ifrat isti temperaturdan dolayı, meduza hücumlarının yaşanmasına baxmayaraq, bu il keçən il ilə müqayisədə, bənzər hadisələrin üç dəfə daha çox baş verdiyi açıqlanıb.
Məlumat da o da bildirilib ki, bu tip bədbəxt hadisələrin əksəriyyəti “Qızıl sahil” və “ Şəfəq sahili” bölgələrində yaşanıb.
Səlahiyyətli şəxslərin verdiyi açıqlamaya əsasən, tibbi heyət, bazar günü, iki çimərliyin ərazisində, təkcə bir saat ərzində 461 şəxsə ilkin tibbi yardım göstərib.
Mətbuata daxil olmuş məlumatlarda, meduza sancmasının isti su və buz ilə müalicəsinin mümkün olduğu üçün, bir çox hadisənin qeydiyyatdan keçirilmədiyi qeyd olunub.
Müşahidələrə əsasən, koloniyalar halında yaşayan meduzalar suyun üzərində, külək sayəsində hərəkət edirlər. Uzunluğu bir metr yarıma qədər olan zəhərlə örtülü kökşəkilli çıxıntıları olan bu “dəniz əsgərlərinin” digər kiçik canlıları iflic edərək öldürdüyü də bilinən faktoloji məlumatlardandır.
Mirçingiz Ağazadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB