Macarıstan hökuməti türklərlə qohumluq əlaqələrini araşdırır

Macarıstan hökuməti türklərlə qohumluq əlaqələrini araşdırır

Macarıstan hökuməti macarlarla türklərin genetik qohumluq əlaqələrini araşdırmaq üçün institut yaradıb. Axar.az xəbər verir ki, Baş nazir Viktor Orbanın göstərişi əsasında yaradılan institut 1 yanvar tarixindən fəaliyyətə başlayıb.

İnstitutun daxilində tarixçilər, arxeoloqlar, dilçi alimlər, etnoqraflar və antropoloqların fəaliyyəti nəzərdə tutulub. Elm adamları əsasən, macarların Karpat hövzəsinə gəldikləri IX əsrin əvvəlini, macarların köklərini, Macarıstan torpağının fəthini və orta əsrlər macar xalqının həyatına dair faktları tədqiq edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə