Bu gün İranın Sistan-Bəlucistan bölgəsində polisə silahlı hücum olub. SİA bölgənin polis idarəsinin yaydığı açıqlamaya istinadən xəbər verir ki, iki nəfər silahlı şəxs polis avtomobilinə yaxınlaşaraq iki əməkdaşı güllələyib və hadisə yerindən qaçıblar. Nəticədə hər iki polis əməkdaşı həlak olub.
Baş verən insidentlə bağlı təhlükəsizlik qüvvələri operativ axtarış tədbirlərinə başlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB