Qəzzanın kamikadze qadınları
Qəzzada qadınlara kamikadze təlimi keçirilir. SİA-nın məlumatına görə, könüllü olaraq düşərgələrdə təlim keçən qadınların sayı günü-gündən artır.

20-50 yaşlarındakı qadınlar İsraillə döyüşə hazırlaşmaq məqədilə xüsusi düşərgələrdə təlim keçirlər. Mövcud ola biləcək müharibə şəraitində ölkəsi üçün savaşmağa hazır olan qadınların cəsarəti heyranedici, taleləri isə acınacaqlıdır.

Briqadadakı qadınlar bu işdə çox həvəsli olduqlarını və hər saniyə vətən uğrunda ölümə hazır olduqlarını etiraf ediblər. Qadınlar əl bombasından pulemyota qədər hər cür silah növünün istifadə qaydasını öyrənirlər. Çünki İsraillə Fələstin arasında yeni müharibə dövrünün başlanacağı fikri artıq onların düşüncələrində yer edib.

Qadınlardan biri canını verməyə razı olduğunu, bu cür tərəddüdlü həyatın bütün uşaqların psixologiyasını pozduğunu dilə gətirib: "Mən bu düşərgədə könüllü bütün silahlardan istifadə qaydasını öyrənməyə çalışıram. Çünki övladlarım hava hücumundan o qədər qorxur ki, bəzi axşamlar səhərə qədər yatmırlar".

Qadının sözlərinə görə, müharibələrlə, güllə səsləri ilə böyüyən uşaqların nə sevinərək gözlədiyi sabahı var, nə də böyüyəndə danışacağı uşaqlıq xatırəsi! Bu həyacan onların "uşaq dünyasını" məhv edir. Analarının qayğısı ilə böyüməyə, gələcəyə faydalı gənc kimi yetişdirilməyə ehtiyacı olan uşaqların anaları düşərgələrdə silahın sirlərini öyrənir və baş verəcək ilk müharibədə şəhid olmağı gözləyirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə