Fələstin yəhudilərlə əməkdaşlıq edən 45 fələstinlini saxlayıb

Fələstin yəhudilərlə əməkdaşlıq edən 45 fələstinlini saxlayıb

Fələstin Daxili İşlər Nazirliyi İsraillə əməkdaşlıq edən 45 fələstinlini saxlayıb. Axar.az xəbər verir ki, bu barədə “Əl-Əqsa” agentliyi məlumat yayıb.

“DİN İsraillə əməkdaşlıq edən 45 nəfəri yaxalamağa müvəffəq olub. İşğalçı qüvvələrin təhlükəsizliyinə böyük zərbə vurduq və İsrailin Qəzzaya həyata keçirmək istədiyi mümkün əməliyyatın qarşısını aldıq. Demək istəyirik ki, bizim qüvvələr Qəzzada İsrail ordusuna qarşı mübarizə apara bilər”, - deyə DİN-nin nümayəndəsi İyad əl-Buzum deyib. O əlavə edib ki, saxlanılanlar İsrail xüsusi təyinatlılarının casuslarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə