Ukraynanın Mərkəzi Seçki Komissiyası daha 4 nəfərin prezidentliyə namizədliyini qeydə alıb. Belə ki, MSK-nın iclasında Ali Radanın deputatı Sergey Kaplin, “Ədalət” ictimai-siyasi hərəkatının təmsilçisi Valentina Nalivayçenko, “Samopomiç” Birliyi Partiyasından Andrey Sadovoy və müstəqil Vitaliya Skotsikanın namizədliyi təsdiqlənib.
Prezidentliyə namizədlik üçün sənədlər fevralın 3-dək MSK-ya təqdim edilməlidir. MSK bundan əvvəl ilk prezidentliyə namizəd kimi İqor Şevçenkonun müraciətini qeydə alıb. Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB