Peruda 12 yaşlı Xesus Mamani Ramos birgünlük ölkənin inkişaf və sosial inteqrasiya naziri təyin edilib. SİA-nın "korrespondent"ə istinadla verdiyi xəbərə görə, bu barədə Nazirliyin “Twitter”dəki səhifəsində bildirilir.
“Peru birlikdə” adlı sosial proqram çərçivəsində əhalinin aztəminatlı ailələrindən olan uşaqların Milad bayramındakı arzuları qeydə alınıb.
Ramos, çətin vəziyyətdə olan uşaqlara kömək etmək istədiyini bildirib. Daha sonra Perunun İnkişaf və Sosial İnteqrasiya naziri Liliana La Rosa onu işə dəvət edib.
Rəmzi andiçmə mərasimində Xesusun anası və proqram iştirakçısı olan uşaqlar iştirak edib.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB