ABŞ prezidenti Donald Tramp, Suriyadakı qoşunları çıxarmaq qərarını qəbul edərək düzgün addım atıb. SİA-nın "Anadolu"ya istinadla verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "New York Times" qəzetində nəşr olunan "Suriyada sülhü təmin etmək üçün Türkiyənin bir planı var" adlı məqaləsində deyilir.
Türk dövlətinin rəhbəri məqalədə qeyd edir ki, Türkiyənin terrorizmin təzahürlərinə qarşı qətiyyətli mübarizəsi davam edəcək: "Türkiyə Suriyada fəaliyyət göstərən İŞİD və digər terrorçu qruplarla döyüşməkdə qərarlıdır".
ABŞ qoşunlarının Suriyadan çıxarılması mövzusuna toxunan Ərdoğan qeyd edib ki, ABŞ-ın, beynəlxalq ictimaiyyətin və Suriya xalqının mənafeyini qorumaq üçün əsgərlərin çıxarılması diqqətlə planlaşdırılmalı və əsl ortaqlarla əməkdaşlıq çərçivəsində həyata keçirilməlidir.
"NATO-nun ən böyük ikinci ordusuna sahib olan Türkiyə, bu vəzifəni yerinə yetirmək üçün güc və qətiyyətə sahib olan yeganə ölkədir", deyə məqalədə qeyd edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB