Suriyaya sutka ərzində minə yaxın qaçqın qayıdıb

Suriyaya sutka ərzində minə yaxın qaçqın qayıdıb

Ötən sutka ərzində Suriyaya 997 qaçqın qayıdıb. SİA-nın məlumatına görə, Livandan "Ceydet-Yabus" və "Tel-Kalah" buraxılış məntəqəsindən 448 qaçqın, İordaniyadan "Nəsib" buraxılış məntəqsindən 549 qaçqın öz ölkəsinə qayıdıb.

Ölkə daxilində daimi yaşayış yerlərinə sutka ərzində 166 Suriya vətəndaşı qayıdıb. Bundan əlavə, Deyr-əz-Zor əyalətində 13-ü uşaq olmaqla 19 nəfərə tibbi yardım göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə