Dəniz quldurları gəmiyə hücum edib

Dəniz quldurları gəmiyə hücum edib

Qvineya körfəzində Benin sahillərində dəniz quldurları Panama bayrağı altında üzən konteyner daşıyan “MSC Mandy” yük gəmisinə hücum ediblər. Məlumata əsasən, gəmidə 26 nəfər olub, onlardan 20-si Rusiya, 4-ü Ukrayna və ikisi Gürcüstan vətəndaşıdır.

Qərbi Afrikanın Benin əyalətindəki Rusiya səfirliyi məlumatları şərh edib. Diplomatik nümayəndəlik bu hadisəni Benin hökumətinin nümayəndələrinə istinadən təsdiqləyib. SİA "Korrespondent.ru"ya istinadən xəbər verir ki, quldurlar gəminin sərnişinindən 6-sını oğurlayıblar.

Bəzi mənbələr oğurlananların şəxslərin Rusiya vətəndaşları olduğunu bildirirlər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə