Çilinin paytaxtında partlayış olub

Çilinin paytaxtında partlayış olub

Santyaqo şəhərində avtobus dayanacağında partlayış baş verib. Trend-in məlumatına görə, partlayıcı qurğu torbada idi. 5 nəfər yaralanıb. Venesueladan olan cütlük ağır xəsarət alıb. Hadisə yerində mütəxəssislər işləyir. Hadisə yeri 150 metr radiusda əhatə olunub, metronun ən yaxın çıxışı bağlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə