Ukraynanın Mərkəzi Seçki Komissiyası prezidentliyə ilk namizədi qeydə alıb. MSK-nın yaydığı məlumata görə, Ukraynada ilk prezidentliyə namizəd İqor Şevçenko olub. İ.Şevçenko lazım olan müvafiq sənədlərin hamısını MSK-ya təqdim edib.
Komissiya bu sənədləri nəzərdən keçirdikdən sonra onun Ukraynanın "Prezident seçkiləri haqqında" qanununun tələblərinə əməl etdiyini müəyyənləşdirib və İqor Şevçenkonun namizədliyini qeydə alıb.
1971-ci il təvəllüdlü İqor Anatolyeviç Şevçenko, "Müvəffəqiyyətli Ukrayna" xeyriyyə təşkilatının prezidentidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB