Keçən il Yaponiyada baş verən yol qəzalarında 3532 nəfər ölüb

Keçən il Yaponiyada baş verən yol qəzalarında 3532 nəfər ölüb

Yaponiyada ötən il baş vermiş yol-nəqliyyat hadisələrində həlak olanların sayı rekord səviyyədə azalaraq 3532 nəfər təşkil edib. Milli Polis İdarəsinin məlumatına görə, bu, 2017-ci ildə həlak olanların sayından 162 nəfər azdır.

Yaponiyanın mərkəzində yerləşən Aiçi prefekturasında yol-nəqliyyat hadisələri zamanı ən çox – 189 nəfərin həlak olduğu bildirilir. Həmin göstərici Çiba prefekturasında 186, Saytamada isə 175 nəfər təşkil edib. Aiçi prefekturasında 2003-cü ildən başlayaraq 16 ildir ki, ardıcıl şəkildə ən çox ölüm hadisəsi qeydə alınır.

Həlak olanların arasında 65 və daha yuxarı yaşlı insanlar 1966 nəfər təşkil edib. Bu, ötən ilki həmin göstərici ilə müqayisədə 54 nəfər azdır.

Bütün xəbərlər Facebook səhifəmizdə