Venesiyanı birgünlük ziyarət edən turistlərdən şəhərə daxil olmaq üçün haqq alınacaq. ANSA agentliyi xəbər verir ki, bu fikri Venesiya şəhərinin meri Luici Bruqnaro söyləyib. O bildirib ki, şəhərə birgünlük gələn turistlərdən giriş üçün ödənişin məbləği qeyri-mövsümi vaxtda 2 avro, mövsümi vaxtda isə 10 avro arasında dəyişəcək.
Luici Bruqnaro diqqətə çatdırıb ki, bu qayda turistlərin Venesiyanı tərk etdikdən sonra şəhərin nizama salınmasına vəsait ayırmaq imkanı yaradacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB