Vaşinqtonda və Nyu-Yorkda 19 populyar muzey və milli zoopark bağlanılıb
Tramp Administrasiyasının müvəqqəti dövlət büdcəsinin qəbul edilməsi ilə bağlı ABŞ Konqresində demokratlarla ixtilafı səbəbindən ölkə hökumətinin fəaliyyətinin müvəqqəti olaraq dayandırılması davam edir. Smitson İnstitutunun kompleksinə daxil olan ən populyar Amerika muzeyləri və Vaşinqton milli zooparkı qeyri-müəyyən vaxtadək bağlanılıb. Kapitoliya və Linkoln Memorialı arasında yerləşən, Vaşinqton şəhərinin mərkəzindəki muzey-park zonasının bir hissəsi olan Milli moll adlı zona isə tamamilə boş qalıb. Burada hətta zibil qutularını atmağa da adam tapılmır. Bayram günlərində Vaşinqtona və Nyu-Yorka gələn yerli və əcnəbi turistlər dünya incəsənətinin şah əsərlərinin sərgiləndiyi bu pulsuz muzeyləri ziyarət edə bilməyiblər. Bu siyahıya Aviasiya və Kosmonavtika Milli Muzeyi, Amerika Tarixi Milli Muzeyi və Milli Bədii Qalereya da daxildir.
AZƏRTAC xəbər verir ki, Meksika ilə sərhəddə divarın inşası üçün maliyyə təxsisatının Prezident D.Tramp tərəfindən dövlət büdcəsinə daxil edilməsi tələbi hökumətin fəaliyyətinin müvəqqəti olaraq dayandırılmasına səbəb olub. Demokratlar bu məqsədlə dövlət büdcəsindən vəsaitin götürülməsinə imkan verməyəcəklərini bildiriblər.
Xatırladaq ki, Tramp özünün seçkiqabağı kampaniyasının gedişində bəyan etmişdi ki, Meksika ilə sərhəddə divar tikəcək və Meksika tərəfini inşaat xərclərini ödəməyə məcbur edəcək. Trampın bəyanatlarına cavab olaraq, Meksika hökuməti dəfələrlə bildirib ki, layihəyə görə heç bir vəsait ödəməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB