Rusiyada partlayış nəticəsində ölənlərin sayı artmaqdadır

Rusiyada partlayış nəticəsində ölənlərin sayı artmaqdadır

Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayış və onun təsirindən binanın giriş hissəsinin uçması nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb. SİA TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Ölənlərdən ikisinin azyaşlı olduğunu bildirilir. Hazırda hadisə yerində 900 xilasedici və 220-yə yaxın texnika fəaliyyət göstərir. Xatırladaq ki, dekabrın 31-də yerli vaxtla saat 04 radələrində Maqnitoqorsk şəhərində 48 mənzilli onmərtəbəli yaşayış binasında qaz sızması nəticəsində partlayış baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə