Avropada alkoqola ən çox pul xərcləyən ölkə hansıdır?

Avropada alkoqola ən çox pul xərcləyən ölkə hansıdır?

Avropa İttifaqına üzv ölkələr arasında alkoqola ən çox pul xərcləyən ölkə Estoniyadır. Bu barədə Avropa Statistika Agentliyi hesabat açıqlayıb. Məlumata görə, avropalılar ümumilikdə 2017-ci ildə spirtli içkilərə 130 milyard avrodan çox pul xərcləyiblər.

Estonlar öz gəlirlərinin 5.2 faizini, latviyalılar 4.9, litvalılar isə 4 faizini alkoqola sərf ediblər. Siyahıda növbəti yerləri Polşa (3.5 faiz), Çexiya (3.3 faiz), Macarıstan (3 faiz) və Finlandiya (2.8 faiz) tutub.

Spirtli içkilərə ən az pul xərcləyənlər isə ispanlar (0.8 faiz), italiyalılar və yunanlar (0.9 faiz) olub.

Bütün xəbərlər Facebook səhifəmizdə