İraq Prezidenti Bərham Saleh bu gün Türkiyəyə səfər edəcək. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, o, paytaxt Ankarada Türkiyə rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə, əsasən, son zamanlar Suriyada baş verən proseslər müzakirə olunacaq. Qeyd edək ki, 2011-ci ildən vətəndaş müharibəsinin başladığı Suriya həm İraq, həm də Türkiyə ilə həmsərhəddir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB