Moskva aeroportlarında 9 reys ləğv olunub

Moskva aeroportlarında 9 reys ləğv olunub

Moskvanın Vnukovo, Domodedovo və Şeremetyevo hava limanlarında 20-dən çox reys gecikib, 9 uçuş ləğv olunub. SİA-nın məlumatına görə, əlverişsiz hava şəraiti səbəbindən Vnukovoda 2, Domodedovoda 10 reys gecikib, 9-u ləğv olunub, Şeremetyevoda isə 9 reys gecikmə ilə həyata keçiriləcək. Jukovski aeroportunda isə bütün reyslər cədvəl üzrə icra olunur. Sinoptiklər 2019-cu ilin ilk həftəsi ərzində Moskvada qarlı hava şəraitinin davam edəcəyini bildirir.

Bütün xəbərlər Facebook səhifəmizdə