Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayış və onun təsirindən binanın giriş hissəsinin uçması nəticəsində ölənlərin sayı 11-ə çatıb. Bundan başqa, dağıntılar altında 30 nəfərin qaldığı bildirilir. Onların sağ qalıb-qalmaması məlum deyil. SİA-nın TASS agentliyinə istinadla məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşı jurnalistlərə açıqlamasında məlumat verib.
O, ölənlərdən birinin azyaşlı olduğunu bildirib. Hazırda hadisə yerində 900 xilasedici və 220-yə yaxın texnika fəaliyyət göstərir. Xatırladaq ki, dekabrın 31-də yerli vaxtla saat 04 radələrində Maqnitoqorsk şəhərində 48 mənzilli onmərtəbəli yaşayış binasında qaz sızması nəticəsində partlayış baş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB