Rusiyada yaralananlar arasında Özbəkistan vətəndaşı da var

Rusiyada yaralananlar arasında Özbəkistan vətəndaşı da var

Dekabrın 31-də səhər saatlarında Rusiyanın Maqnitoqorsk şəhərində qaz sızması nəticəsində baş verən partlayış zamanı ağır yaralananlar arasında Özbəkistan vətəndaşı da var. SİA-nın məlumatına görə, 36 yaşlı kişi 7 saatdan sonra dağıntılar altından çıxarılıb və onun vəziyyətinin ağır olduğu bildirilir. O, reanimasiya şöbəsinə yerləşdirilib. Partlayış nəticəsində yeddi nəfər həlak olub, itkin düşənlər var.

Bütün xəbərlər Facebook səhifəmizdə