ABŞ YUNESKO-dan çıxdı - Rəsmən

ABŞ YUNESKO-dan çıxdı - Rəsmən

ABŞ-ın 2017-ci ilin oktyabrında YUNESKO-dan çıxmaq barədə qərarı qüvvəyə minib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ bu gündən etibarən YUNESKO-da tam üzvlüyünü dayandırır və müşahidəçi dövlət statusuna keçir.

Bu, o deməkdir ki, Vaşinqtonun faktiki olaraq üzvlük haqqı ödəməyəcək və 1972-ci il tarixli Mədəni və Təbii İrsin Qorunması Konvensiyasının müddəalarını yerinə yetirmək üçün məsul olan YUNESKO-nun Dünya İrs Komitəsinə seçilə bilməyəcək.

Bu, ABŞ-ın YUNESKO-dan ilk çıxışı deyil. 1984-cü ildə prezident Ronald Reyqanın dövründə də belə addım atılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə