Filippində təbii fəlakət 50 nəfərin həyatına son qoyub

Filippində təbii fəlakət 50 nəfərin həyatına son qoyub

Filippində “Usman” tropik qasırğasının yaratdığı leysan yağışları və torpaq sürüşməsi nəticəsində 50 nəfər həlak olub. Bu barədə Rappler.com portalı məlumat yayıb. Məlumata görə, həlak olanların əksəriyyəti ölkənin Bikolsk regionunun sakinləridir.

Bundan əlavə, daha 7 nəfərin itkin düşdüyü bildirilir. Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə